Türkiyədə sosial mediaya girişlər əngəlləndi

16 İyul 2016 03:38 (UTC+04:00)

İyulun 15-də axşam saatlarında Türkiyədə yaşanan hərbi çevriliş təşəbbüsündən sonra sosial mediaya girişlər tamamilə məhdudlaşdırılıb.

Ordu içində çevrilişə təşəbbüs edən xuntanın gecə yarısına yaxın TRT kanalına girərək hərbi çevrilişin bəyanatını oxuyandan sonra o vaxta qədər onsuz da sürəti azalmış sosial mediaya girişlər tamamilə məhdudlaşdırılıb. Bunu nəzərə alan iqtidar partiyası öz tərəfdarlarını küçə və meydanlara meqafonlar vasitəsiylə dəvət ediblər.


Apa.az