Ərdoğana qarşı sui-qəsdin TƏFƏRRÜATI

16 İyul 2016 07:35 (UTC+04:00)

Doğan xəbər agentliyinin məlumatına görə, hadisə Türkiyə prezidentinin binanı tərk etdiyindən təxminən 45 dəqiqə sonra baş verib.

Belə ki, 4 hərbi helikopter otelin üstünə enib, təxminən 40-a yaxın əsgər helikopterlərdən enib. Helikopterlər uzaqlaşdıqdan sonra həmin hərbçi şəxslər otelin divarlarını güllələyib. Prezidentin qaldığı əraziyə əl qumbaraları atılıb.

Əraziyə cəlb olunan polis qüvvələri ilə qiyamçılar arasında qarşıdurma yaranıb. Nəticədə 1 polis nəfəri yaralanaraq hospitala götürülüb, onun vəziyyətinin ağır olduğu bildirilir.

Report.az