“Türkiyədə baş vermiş hadisələr bizi ciddi surətdə narahat etdi” - XİN

16 İyul 2016 09:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilir: "Qardaş Türkiyədə baş vermiş hadisələr bizi ciddi surətdə narahat etdi və sarsıtdı. Bu demokratik yolla Türkiyə xalqının seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdidir. Türkiyə milləti və dövləti birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxıb".