Məşhur idmançı da küçələrə çıxdı: “Ankaraya gedəcəyik” - Video

16 İyul 2016 10:45 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, idmançılardan biri 2 qat dünya, 3 qat Avropa çempionu, İlk vropa Oyunlarının qalibi sərbəst güləşçi Taha Akgül də olub. Taha Akgül sosial şəbəkədə videosunu paylaşıb və belə rəy yazıb: "Bu millət vətən xainlərinə boyun əyməyəcək. Güləş milli komandası olaraq Boluda xalqımızla birlikdə millətimizin arxasındayıq və lazım olarsa hər cür dəstəyə hazırıq".

T.Akgül küçədə çevrilişlə bağlı çıxışında bunları səsləndirib: "Biz indi sərbəst güləş yığması olaraq buradayıq. Bir az əvvəl təlim-məşq toplanışında idik. Ekranlardan bu hadisəni izlədəkidə təbii ki, bazada dayana bilmədik, meydanlara endik. Biz güləşçilər, pəhləvanlar olaraq millətimizin arxasındayıq. Ankaraya da gedəcəyik".



Aygün İLQARQIZI