Narkotik satan Gəncə sakini yaxalandı
16 İyul 2016 13:34 (UTC+04:00)
Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də narkotik tərkibli bitkiləri əkən 2 nəfər saxlanılıb. "Xaşxaş 2016" tədbirlər planı çərçivəsində keçirilən əməliyyatla rayonun Məmişlər kəndi ərazisində icarəyə götürülmüş meşə zolağının yaxınlığında yerləşən torpaq sahəsində aqrotexniki qaydada qulluq göstərilərək becərilən 222 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkən, rayonunun Kürkəndi kənd sakinləri, 39 yaşlı Mehman Zülfüqarov və onun həmyaşıdı Natiq Ağayev şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Kepeztv.az