Generallar toyda girov götürülüb - Hələ də xəbər yoxdur

16 İyul 2016 13:44 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, dünən gecə keçmiş Hava Qüvvələri Komandanı, ordu generalı Mehmet Şanverin qızının toy mərasimi keçirilib. Abidin Ünal və bir sıra yüksək rütbəli hərbçilər bu toy mərasimində iştirak ediblər. Toy davam edərkən bir hərbi vertolyot atəş açaraq məkanın bağçasına enib.

Vertolyotdan sürətlə enən əsgərlər Ordu Generalı Ünal, Ordu Generalı Şanver daxil bütün yüksək rütbəli komandirləri girov götürüblər. Hazırda onların yerinin müəyyənləşdirilməsi üçün tədbirlər görülür.

Aydan AXUNDOVA