Türkiyə hökuməti İncirlik hərbi bazasını bağladı
16 İyul 2016 18:25 (UTC+04:00)
Bu barədə "CNN İnternational" məlumat yayıb. Məlumata əsasən bazaya giriş-çıxışlar dayandırılıb. ABŞ-ın Adana şəhərindəki Baş Konsulluğu hərbi bazaya verilən elektrik enerjisinin kəsildiyini açıqlayıb. Konsulluq ABŞ vətəndaşlarını bazadan uzaq durmağa çağırıb.
ABŞ Milli Təhlükəsizlik Şurasının bu gün prezident Barak Obamanın sədrliyi ilə keçiriləcək iclasında Türkiyədə baş verən hadisələr müzakirə olunacaq.
Apa.az