Qadın terror zamanı uşaq dünyaya gətirdi

16 İyul 2016 21:09 (UTC+04:00)

Angel sahilində atəşfəşanlığa baxmağa gələn qadın terror aktı zamanı uşağı yaxınlıqdakı restoranlardan birində dünyaya gətirib.

Məlumata görə, qadın hamiləliyinin 9-cu ayında olub. Onun ətrafda baş verən hadisədən sarsıntı keçirdiyi və nəticədə sancısının tutduğu deyilir. Buna görə qadın sahildə yerləşən restoranlardan birində gizilənə və uşağını heç bir problem olmadan dünyaya gətirə bilib.

Restoranın əməkdaşları qadının vəziyyətinin ağır olduğu görüb, onu mətbəxə aparıblar və yaxınlıqda tibbi müəssisədən həkim çağırıblar. Həkimin köməkliyi ilə dünyaya gələn uşağı və ananı daha sonra xilasedicilər restorandan aparıblar.

Fransanın Nitsa şəhərində iyulun 14-də gecə baş vermiş terror aktında ölənlərin sayı 84 nəfərə çatıb


Anspress.com