Bakıda ağır qəza - 21 nəfər xəsarət aldı

17 İyul 2016 13:00 (UTC+04:00)

Xəsarət alanların yerləşdirildiyi Sabunçu rayon 3 saylı klinik xəstəxanadan verilən məlumata görə, xəsarət alanlardan hazırda 7 nəfəri xəstəxanadadır, digərlərinin xəsarəti ağır olmadığına görə tibbi yardın göstərilərək evə buraxılıb.

Qeyd olunub ki, hazırda 7 nəfərin 5-i reanimasiyada həkim nəzarəti altındadır, ancaq xəsarət alanlar üçün həyati təhlükə yoxdur. Xəsarətlər əsasən baş-beyin əzilməsi və sınıqlardır.

Trend.az