Putin Ərdoğana zəng etdi

17 İyul 2016 15:18 (UTC+04:00)

Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin Türkiyədə iyulun 16-da gecə hakimiyyət çevrilişinə cəhdin yolverilməz olduğunu söyləyib.

Rusiya prezidenti türkiyəli həmkarına baş verən hadisələrdə həyatlarını itirən insanlara görə dərin hüznlə başsağlığı verib, Türkiyədə sabitliyin bərqərar olmasını arzulayıb. V.Putun qeyd edib ki, məhdudlaşdırıcı tədbirlər aradan qaldırıldıqdan sonra Türkiyəyə turist axını artıb: "Əminəm ki, Türkiyə tərəfi hazırkı sadə olmayan şəraitdə maksimal dərəcədə Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin edəcək".

R.T.Ərdoğan isə təhlükəsizliyin təmin olunması ilə bağlı bütün addımların atılacağını söyləyib. Dövlət başçıları yaxın vaxtlarda görüşəcəklərini bir daha təsdiqləyiblər.


Apa.az