Hərbi çevrilişə cəhdlə bağlı saxlanılanların sayı - 6 minə çatdı
17 İyul 2016 15:31 (UTC+04:00)
Bunu bu gün Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ açıqlayıb.
B. Bozdağ deyib ki, hərbçi, hakim və prokurorlar daxil olmaqla, 6 min nəfər civarında saxlanılan var. Ədliyyə naziri saxlanılanların sayının 6 min nəfəri də keçəcəyini bildirib.
Bu arada Adanada İncirlik hərbi bazasının türk komandiri general Bekir Ercan Van da saxlanılıb.
Apa.az