Daha bir ölkədə vəziyyət gərginləşdi - Polis idarəsinə hücum, ölənlər var

18 İyul 2016 11:34 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat verib. Məlumata görə, bir neçə nəfər naməlum şəxs güc strukturunun əməkdaşlarına atəş açıb. Nəticədə 2 polis əməkdaşı öldürülüb. Hücum edənlərdən birinin saxlanıldığı deyilir.

Terror aktı ilə əlaqədar Almatıda antiterror əməliyyatı elan olunub, sakinlərə küçəyə çıxmamaq tövsiyə edilib.

Aydan AXUNDOVA