Türkiyədə gecə əməliyyatı - 7850 polis işdən çıxarıldı
18 İyul 2016 12:02 (UTC+04:00)
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Baş Polis İdarəsində dünən gecədən etibarən əməliyyat başlayıb. Əməliyyat nəticəsində Türkiyə ərazisində yüksək rütbəlilər də daxil olmaqla 7850 polis vəzifədən uzaqlaşdırılıb. Vəzifədən uzaqlaşdırılmalı olan şəxslərin siyahısı rayonlara göndərilib.
Gecə boyunca Baş İdarəyə çağıran polislərin silahları və şəxsiyyət vəsiqələri alınıb. Bu heyətin daha sonra məhkəməyə çıxarılacağı qeyd edilir.
Aydan AXUNDOVA