İki uşaq bədbəxt hadisə nəticəsində öldü

18 İyul 2016 12:15 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bədbəxt hadisələrdən biri Ağcabədi rayonunda baş verib.

Belə ki, iyulun 16-da Ağcabədi rayonunun Kürdlər kəndində yaşayan Səmərqə Süleymanovanın evində Bakı şəhər sakini, nəvəsi, azyaşlı Zəhra Abıyeva pəncərəyə quraşdırılan dəmir barmaqlıqların arasında qalaraq boğulub.

Digər hadisə Xaçmazda qeydə alınıb. İyulun 16-da Xaçmaz rayonunun Məmmədxanlı İlxıçı kəndində azyaşlı Mirzəbəy Kərimov isə ehtiyatsızlıqdan su kanalına düşərək boğulub.

Hər iki faktla bağlı araşdırma aparılır.