Türkiyədə hakim və prokurorların 1/5-i işdən çıxarıldı - Saxlanma qərarı verildi

18 İyul 2016 12:38 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "paralel yapı" üzvü olduğu hesab edilən 2745 hakim və prokuror vəzifədən uzaqlaşdırılıb.
Onlar barəsinə saxlanma qərarı qəbul edilib.

Qeyd edək ki, vəzifədən uzaqlaşdırılan hakim və prokurorların sayı Türkiyədə toplam hakim və prokurorların 1/5-inə bərabərdir. Belə ki, Türkiyədə hazırda 10072 hakim və 4921 prokuror var.

Aydan Axundova