Sabah 38 dərəcə isti olacaq

18 İyul 2016 13:37 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə iyulun 19-da paytaxt və yarımadada cənub küləyi əsəcək.

Abşeron yarımadasındasında havanın temperaturunun gecə 22-27, gündüz 34-39° isti, Bakıda gecə 24-26, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 30-40 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-40°, bəzi yerlərdə 43° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.