Çimərlikdə ət satırlar - Foto

18 İyul 2016 16:21 (UTC+04:00)

Qanun pozanlar 600-700 manatarası cərimə ödəməli olacaqlar.

DİN-in İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı ərazi idarəsilə birgə keçirdiyi yoxlama nəticəsində çimərliklər ərazisində 3 yerdə çirkab sularının birbaşa dənizə axdığı müəyyənləşib.

Ərazidə, həmçinin böyük bir zibilliyin qalaqlanaraq vaxtında daşınmaması da məlum olub. Bu məsələ ilə bağlı da protokol yazılıb. Araşdırmalar nəticəsində müəyyənləşib ki, Nabran ərazisində daimi zibil poliqonu yoxdur. Elə zibilin vaxtında daşınmamasının əsas səbəblərindən biri də budur. Bu məsələ ilə bağlı rayonun aidiyyatı qurumları qarşısında məsələ qaldırılması qərara alınıb.

Çimərlik ərazisində qadağan edilmiş yerdə ət kəsimi faktı da aşkarlanıb. Bunu həyata keçirənlər də cərimə olunub. Sahil boyu yoxlamalar mütəmadi davam etdiriləcək.

Anspress.com