3 manat oğurladı - Tutuldu

18 İyul 2016 16:39 (UTC+04:00)

Tovuzun Nəriman Nərimanov küçəsində baş verən hadisə zamanı Gədəbəy sakini Elxan Pirverdiyev Telli Qarayevanın evinə girərək onu döyüb, əl-qolunu bağlayıb və pul tələb edib. Qadın döyüldükdən sonra 3 manatının olduğunu, onu da çörək almaq üçün saxladığını bildirib. Yüksək məbləğ əldə edə bilməyən "qəhrəman" 3 manat pulu və mobil telefonu götürərək evi tərk edib. Tovuz polisinin keçirdiyi uğurlu əməliyyat nəticəsində hadisəni törədən Gədəbəy rayon Şaxtaxtlı kənd sakini, əvvələr məhkum olumuş Elxan Pirverdiyev saxlanılıb. O, hadisəni törədməzdən əvvəl Tovuzda yaşayan məhbus yoldaşının evinə qonaq gəldiyini, yeyib-içdikdən sonra onun qonşusuna qarşı quldurluq etdiyini bildirib.

Kepeztv.az