Prezident Sərəncam imzaladı

18 İyul 2016 17:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 307; 2010, № 2, maddə 80) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:






2. Həmin Sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyası haqqında Əsasnamə" üzrə:

2.1. I-III hissələrin adlarının qarşısındakı rum rəqəmləri ərəb rəqəmləri ilə əvəz edilsin;

2.2. 1-ci hissə üzrə:

2.2.1. 2-ci bənddən "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnaməni," sözləri çıxarılsın və "işə dair" sözləri "iş barədə" sözləri ilə əvəz edilsin;

2.2.2. 4-cü bənddə "Ümumi şöbənin" sözləri "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin" sözləri ilə əvəz edilsin;

2.3. 3-cü hissə üzrə:

2.3.1. 1-ci bənddə "II bölməsində" sözləri "2-ci hissəsində" sözləri ilə əvəz edilsin;

2.3.2. 3-cü bəndin ikinci cümləsindən "bir qayda olaraq" sözləri çıxarılsın.