Xuraman Şuşalı həccə gedə bilmədi – SƏBƏB

24 Noyabr 2012 08:29 (UTC+04:00)
İki ay əvvəl ikinci dəfə ana olan müğənni Xuraman Şuşalı ailəsiylə birlikdə həcc ziyarətinə getməli olduğunu açıqlayıb. Bu barədə AzNews.az-a müğənni özü danışıb. O, bildirib ki, doğumdan sonra özümü yaxşı hiss edir və işlərində fasilə yaranmasına səbəb də məhz hamiləliyi ilə bağlı olub.

"Ailəli həcc ziyarətinə getmək istəyirdik. Düşündük ki, uşaq yolda ağlayar və bu da bizim üçün çətinliklər yaradar. Üstəlik, yolda zəvvarları narahat edə bilərdik. Allah birinci vacib uşağı buyurub. Məsləhət gördülər ki, əvvəl uşağın qayğılarıyla məşğul olum. Uşaq özünü anlayandan sonra həcc ziyarətinə gedərik. Amma çox istəyirdim ki, həccə gedim", - X.Şuşalı deyib.

Qeyd edək ki, 2010-cu ildə prodüser Elçinlə ailə həyatı quran X.Şuşalının Məhəmməd adlı oğlu və Surə adlı qız övladları var.

Fuad Mədətov
AzNews.az