23 yaşlı oğlan çayda boğuldu

18 İyul 2016 19:11 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyulun 17-də Kür çayının Yevlax rayonu, Kövər kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 25 km aralı, nəzarətsiz ərazidə) batmış 1993-cü il təvəllüdlü Elməddin Siyafəddin oğlu Abdulrəhmanovun cəsədi batdığı yerdən 120 metr aralıda tapılıb.
Meyir sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat bu gün saat 18:10-da başa çatıb.