Azərbaycanda prezidentlik müddəti artırılır - 7 il

18 İyul 2016 20:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamda qeyd edilib.

Sənədə əsasən, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin I hissəsində "5" rəqəmi "7" rəqəmi ilə əvəz edilir və Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.

Eyni zamanda, 100-cü maddədən "Yaşı otuz beşdən aşağı olmayan sözləri"nin çıxarılması təklif olunur.