Ərdoğan ölüm hökmündən danışdı - “Parlamentdən gələn qərarı təsdiqləyəcəyəm”
18 İyul 2016 23:29 (UTC+04:00)
Bunu CNN televiziyasına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan qanunda ölüm cəzasının bərpa etməsi ilə bağlı suala cavabında deyib.
Ərdoğan bildirib ki, bir neçə günə Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı müraciət ediləcək.
Qeyd edək ki, Türkiyədə bu ilin 15 iyulunda hərbi çevrilişə cəhd olub. Cəhdin qarşısını almaq üçün meydanlarda toplaşanlar qiyamçıların cəzalandırılması üçün ölüm cəzasının bərpasını tələb edən şüarlar səsləndiriblər.
Prezident Ərdoğan buna münasibət bildirərkən, qanundan çıxarılmış ölüm cəzasının bərpa edilməsinin parlamentdə yenidən müzakirə edilməsinin mümkünlüyünü ifadə edib.
Apa.az