Ərdoğan Güləndən müsahibə alan jurnalistlərdən danışdı - Video

19 İyul 2016 10:54 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Türkiyə prezidenti çıxışı zamanı dünya mediasına səslənib:
"Beynəlxalq media qurumlarının məsul şəxslərinə səslənirəm. Ey dünya mediası, ABŞ-da qoşa qüllələrə terror hücumu zamanı, bu beynəlxalq media gedib Ben Ladendən müsahibə alsaydı, bu məsələyə necə baxardınız? Müsbət yanaşardınız? İndi Türkiyədə çevriliş cəhdi edən şəxsdən, ABŞ-da verdiyiniz 400 kv.m ərazidə məskunlaşan bir terrorçudan reportaj hazırlayan media qurumuna qarşı necə isti münasibət bəsləyə bilərsiniz?".