800 manatlıq qızıl oğurladı - Fotolar

19 İyul 2016 12:07 (UTC+04:00)

AzNews.az Region TV-yə istinadən xəbər verir ki, iyulun 14-də Gəncə şəhəri, Nizami küçəsindəki Mərkəzi Univermaqda oğurluq olub.

Kameraların qeydə aldığı videoda naməlum qadının oğurluq etməsi aydın görünür. Bu görüntülərdə o, 22 qram çəkisi olan qızıl qolbağını oğurlayaraq, Bəxtiyar Eminova 800 manat dəyərində ziyan vurub.

Zərərçəkmiş şəxs və polis həmin qadını tanıyanlardan hüquq-mühafizə orqanlarına məlumat verməklə istintaqın gedişinə yardım göstərmələrini xahiş edir.