Avroliqada çıxış edən klublarımızdan hansının şansı yüksəkdi? – Şərh

19 İyul 2016 12:26 (UTC+04:00)

Məşqçi AzNews.az-a bunları deyib: " "Qəbələ"nin MTK ilə cavab oyunu asan olmayacaq. Çünki onları asanlıqla keçmək mümkün deyil. Amma "Qəbələ" ev oyununda da intizamlı oyun sərgiləsə, heç bir problem olmayacaq. İnanıram ki, "Qəbələ"lilər mərhələ adlaya biləcək. O ki qaldı "Kəpəz"lə "Neftçi"yə, onlar üçün püşk yaxşı alınmışdı, Buna görə də hər ikisi mərhələ adlamalı idilər. "Neftçi" Malta "Baltsan"ı ilə ev oyununda məğlub olmaqla özü üçün problem yaratdı. Təbii ki, bu da komandada gərginliyə səbəb oldu. Çünki futbolçular psixoloji zərbə aldılar. Bundan əlavə UEFA reytinqində vacib xalları qazanmaqdan məhrum oldular. "Kəpəz"ə gəldikdə isə, onların səviyyəsi aydındır. Gəncə klubu Avstriya "Admira"sını keçə bilməsə də, heç kim bu komandanı tənqid etməyəcək. Düşünürəm ki, ümumiyyətlə, "Neftçi" və "Kəpəz" bu mövsüm avrokuboklarda çıxmamalı idilər. Hesab edirəm ki, "Zirə" ilə "İnter" oradan çıxış etməyi haqq edirdi. Yenə də hər bir komandamıza uğurlar arzu edirəm".

Millinin məşqçisi çempionlar liqasında çıxış edən "Qarabağ" komandamızın da şansını dəyərləndirib: ""Qarabağ" səfərdə də diqqətli oynamalıdır. Ciddi rəqibdir. Amma ağdamlıların mərhələ keçəcəyinə şübhə etmirəm".

Aygün İlqarqızı