ANS ÇM radiosu niyə bağlandı? - Səbəb

19 İyul 2016 13:53 (UTC+04:00)

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, buna səbəb kimi ANS ÇM radiosunun yayımı zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması hallarını göstərilib: "Qanunda da göstərilib ki, əgər 3 dəfə məsuliyyət tədbiri tətbiq olunursa, Teleradio Şurası onun yayımını dayandıra bilər".

MTRŞ sədri qeyd edib ki, "ANS Müstəqil Yayım və Media" Şirkətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəməyə müraciət olunacaq.

APA.az