“Darbə” dalğası Baş nazir aparatını da vurdu - 257 əməkdaş işdən çıxarıldı
19 İyul 2016 14:53 (UTC+04:00)
AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində Baş nazir aparatının əlavə xidmət binasında da polislərin axtarış işləri davam edir. Aparatda 257 işçinin vəzifəsindən uzaqlaşdırıldığı və şəxsiyyət vəsiqələrinin əlindən alındığı bildirilir.
Bundan əlavə, çox sayda sənədin müsadirə edildiyi və təhlil edilmək üçün polisə idarəsinə aparıldığı qeyd olunur.
Aydan AXUNDOVA