Türkiyədə qiyamçıların dəfni zamanı dini ayinlər yerinə yetirilməyəcək
19 İyul 2016 18:23 (UTC+04:00)
Məlumata əsasən, belə bir qərarı Türkiyə Nazirlər Kabineti yanında Dini İşlər İdarəsi qəbul edib.
"Dini İşlər İdarəsi tərəfindən iyulun 15-də Türkiyənin qanuni hakimiyyətinə qarşı çıxaraq millətin və dövlətin mənafeyini hədəf alan, Türkiyə Böyük Millət Məclisi başda olmaqla dövlət orqanları üzərinə bomba yağdıran, xalqa qarşı silah işlədən və bu zaman öldürülən qiyamçıların dəfn ilə bağlı dini ayinlər yerinə yetirilməyəcək.
Ancaq bu qərar zor gücünə və təhdidlə heç bir şeydən xəbərsiz, nə olduğunu bilmədən qarşıdurmaya sürüklənərək həlak olmuş hərbçilərimiz və təhlükəsizlik qüvvələrinə şamil edilməyəcək", - deyə məlumatda bildirilir.
Report.az