“KamAZ”la “Mercedes toqquşdu - Yaralılar var

19 İyul 2016 19:19 (UTC+04:00)

Salyan rayonunun Marışlı kəndi ərazisində "KamAZ"markalı yük maşını ilə "Mercedes Vita" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Abadkənd kənd sakini, 1975-ci il təvəllüdlü Murad Nadir oğlu Ağamalıyev kəllə-beyin travması, avtomobildə olan sərnişin, Yenikənd kənd sakini, 1992-ci il təvəllüdlü Nuranə Xanlar qızı Rzayeva isə sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.


Apa.az