Arif Hacılı ABŞ-a niyə gedir?
24 Noyabr 2012 09:35 (UTC+04:00)
Müsavat Partiyası başqanının müavini, partiya Mərkəzi İcra Aparatının rəhbəri, İctimai Palatanın (İP) üzvü Arif Hacılı ABŞ-a dəvət olunub. APA-nın məlumatına o, dəvəti qəbul edərək noyabrın 27-də bu ölkəyə səfər edəcək.
A. Hacılı APA-ya açıqlamasında məlumatı təsdiqləyib. O, ABŞ-da Dövlət Departamenti, ABŞ Konqresində görüşlər keçirəcəyini, həmçinin bir sıra digər şəxslərlə bir araya gələcəyini də bildirib.
AzNews.az