İmişlidə yol qəzası - 2 yaralı

19 İyul 2016 23:42 (UTC+04:00)

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış rayon sakinləri - 46 yaşlı Yeganə Bəhrəm qızı Behbudova və onun bacısı - 36 yaşlı Əzizbəyim Bəhrəm qızı Quliyeva Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hər iki şəxs xəstəxanada ilk tibbi yardım aldıqdan sonra travmotologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Report.az