Cəbhədə atəşkəs yenə pozuldu - İriçaplı pulemyotlardan

20 İyul 2016 09:14 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.