Mərkəzi Bank İrana kredit verəcək

20 İyul 2016 11:29 (UTC+04:00)

Bunu açıqlamasında İranın Azərbaycandakı səfiri Mohsen Pak-Ayin bildirib.

O, məsələ ilə əlaqədar işçi qrupun yaradıldığını söyləyib: "Bununla əlaqədar yaradılmış işçi qrupun vəzifəsi sözügedən məbləğin necə və nə vaxt yatırılmasına dair müzakirələr aparmaqdır. Müzakirələr barədə elan ediləcək."

Səfir işçi qrupun gələn həftə Azərbaycana səfər edəcəyini də əlavə edib.

Qeyd edək ki, Azərbaycan-İran Müştərək komissiyası Rəşt-Astara dəmiryol xəttinin çəkilməsi üçün Azərbaycan Mərkəzi Bankı tərəfindən İran tərəfinə 500 milyon dollar verilməsi və onun şərtlərini müzakirə edəcək.

Salamnews.org