Qardaş bacısını bıçaqladı - Bakıda

20 İyul 2016 12:10 (UTC+04:00)

Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ramin Əhmədov yaşadığı evdə qısqanclıq zəminində bacısı, 1991-ci il təvəllüdlü Ramiləyə bıçaqla çoxsaylı xəsarət yetirib.

R.Əhmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.


APA.az