Ağdam sakini özünü yandırdı

20 İyul 2016 12:29 (UTC+04:00)

Baharlı - 2 qəsəbəsində məskunlaşan 1975-ci il təvəllüdlü Əhmədov Hümbət Saleh oğlu üzərinə benzin tökərək özünü yandırıb. Ətrafda olan şəxslər alovu söndürərək H. Əhmədovu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan H. Əhmədova ilkin yardım göstərildiyi bildirilib.

Yaxınları H. Əhmədovun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyatda olduğunu deyiblər.

APA.az