İki institut birləşdi – Qərar

20 İyul 2016 12:39 (UTC+04:00)

Sənədi baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Sənədə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Eroziya və Suvarma İnstitutu Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birləşdirilib və onların bazasında Torpaqşünaslıq və Aqrokimya İnstitutu yaradılıb.

Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri və müvafiq ştat vahidləri ləğv edilərək Hüquq və İnsan Haqları İnstitutunun struktur tərkibinə verilib.
Fəlsəfə və Hüquq İnstitutu Fəlsəfə İnstitutu adlandırılıb.

AMEA-ya bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sənəd imzalandığı gündən qüvvəyə minib.

Report.az