Azyaşlı beşinci mərtəbədən yıxılaraq öldü - Bakıda

20 İyul 2016 13:14 (UTC+04:00)

AzNewsw.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 18-də paytaxtın Nizami rayonu ərazisində yaşayan azyaşlı Murad Ağakişiyev mənzillərinin pəncərəsindən (5-ci mərtəbə) yıxılıb. Xəstəxanaya yerləşdirilən uşaq iyulun 19-da orada ölüb.

Faktla bağlı araşdırma aparılır.