Putin-Ərdoğan görüşünün tarixi məlum oldu

20 İyul 2016 15:13 (UTC+04:00)

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, iki ölkə lideri arasında görüş avqust ayında Rusiya şəhərlərindən birində baş tutacaq: "Hazırda diplomatik kanallar vasitəsilə Putin və Ərdoğanın görüşü hazılanır. Biz görüşün avqustun ilk ongünlüyündə keçirilməsini razılaşdırmışıq. Görüş Rusiya Federasiyasında baş tutacaq. Lakin şəhər və tarix hələki dəqiqləşdirilir".

Qeyd edək ki, sözügedən görüş Rusiya və Türkiyə liderləri arasında ötən il noyabr ayında yaşanan hadisələrdən sonra ilk görüş olacaq.

Xatırladaq ki, 2015-ci il noyabrın 24-də Türkiyə hava sərhədini pozan Rusiyanın qırıcı təyyarəsi Türkiyə tərəfindən vurulub. Bu hadisə 2 ölkə arasındakı münasibətlərin pozulmasına səbəb olub.

Aydan AXUNDOVA