Bakıda bıçaqlanma

20 İyul 2016 17:41 (UTC+04:00)

Hadisə Yasamal rayonunun Moskva prospekti, ev 75 A ünvanında yerləşən binanın qarşısında qeydə alınıb.

Belə ki, naməlum şəxs Tərtər rayon sakini 1983-cü il təvəllüdlü Əkbər Nəsibova kürək nahiyəsindən bıçaqla xəsarət yetirib. Ə.Nəsibov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Report.az