“Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır” - Millət vəkili

20 İyul 2016 21:12 (UTC+04:00)

ŞKTC-nin Özgürlük və Barış Hərəkatının 42-ci ildönümü ilə bağlı ŞKTC-də səfərdə olan millət vəkili Qənirə Paşayeva tədbirlərdə iştirak etmək üçün Lefkoşaya gəlmiş Türkiyənin bir sıra vilayətlərinin Şəhid ailələri və Qazilər cəmiyyətləri rəhbərləri ilə görüşdə Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin də şəhididir deyib və bütün şəhidlərimizi və qazilərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edəcəyimizi bildirib. Türkiyədə yaşanan hərbi çevriliş cəhdinə, yaşanan dəhşətli hadisələrə də toxunan millət vəkili Q.Paşayeva biz bunu kəskin pisləyirik və hər zaman qardaş Türkiyənin yanındayıq deyib. Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin və Azərbaycan xalqının hərbi çevriliş cəhdi ilə bağlı məlumatların yayıldığı ilk dəqiqələrdən bunu kəskin pislədiyini və Türkiyə dövlətinin yanında olması ilə bağlı açıqlamalarını vurğulayan millət vəkili Q.Paşayeva Türkiyəni zəiflətməyə yönələn hər bir addım Azərbaycana qarşı da yönəlmiş bir adddımır və biz çeviliş cəhdlərini, terröru kəskin pisləyirik və bunlara qarşı mübarizədə qardaş Türkiyə dövlətinin yanındayıq deyib.

Q.Paşayeva qardaş Türkiyədə hərbi çevriliş cəhdinə qarşı mübarizə apararaq şəhid olmuş insanlara Allahdan rəhmət, yaralılara acil şəfalar diləyirik və Azərbaycan və qardaş Türkiyənin hər zaman güclü olması ən böyük diləyimizdir deyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, 20 mindən artıq şəhid olan insanlarımız barədə geniş məlumatlar verən,Türkiyənin və Azərbaycanın terror və terror təşkilatları ilə apardığı mübarizəsinə toxunan millət vəkili Q.Paşayeva biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər və eyni zamanda işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyib. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi son açıqlamalara toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmana da çox önəmli məsaj oldu deyib. Qənirə Paşayeva 100 il sonra yeni bir Çanaqqaladan keçirik və inşallah dədələrimiz kimi biz də zəfər qazanacağıq deyib. Millət vəkili Q.Paşayeva dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyib. Millət vəkili Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb.

Hər iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və müharibə qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmindən danışan millət vəkili Q.Paşayeva onları Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiklərini deyən şəhid ailələri və qazilər cəmiyyətləri rəhbərləri və üzvləri hər an Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərimizə nə düşərsə etməyə hazırıq deyblər və böyük məmuniyyətlə Azərbaycana gəlmək istədiklərini bildirərək dəvəti qəbul ediblər.

Millət vəkilinin Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğu ilə bağlı fikirlərinə isə biz də hər zaman qardaş Azərbaycanın yanındayıq və bunu oradakı qardaş-bacılarımıza söyləyin deyiblər.