Brilliant Dadaşova məhkəməyə müraciət etdi - Çimərlik fotolarına görə

21 İyul 2016 11:40 (UTC+04:00)

Bu barədə AzNews.az-a müğənninin mətbuat xidmətindən məlumat verilib: "Dünya təcrübəsində yay sezonunda belə paparassi fotoların yayımı tez tez rast gəlinsə də, bu, Brilliant xanım üçün yol verilməzdir. Artıq bu məsələ ilə aidiyyəti qurumlar məşğul olur və səbəbkarların axtarışına başlanılıb. Həmin məkanın təhlükəsizlik kameralarının görüntüləri əsasında axtarışlara start verilib. Səbəbkarlar tapılan kimi mütləq qanun çərçivəsində cəzalanacaqlar".

Xatırladaq ki, dünən Xalq artisti B.Dadaşovanın çimərlik geyimindəki fotoları yayılıb.



Bahar RÜSTƏMLİ
AzNews.az