Sabah hava necə olacaq? - Proqnoz

21 İyul 2016 13:02 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin az buludlu, yağmursuz olacağı, əsən şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 23-26, gündüz 32-36, Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında iyulun 22-də havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 26-31 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24°, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 22-23-də Abşeron yarımadasında güclü küləyin əsməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, xəzri küləyi fonunda havanın temperaturunun tədricən enməsi müsbət amildir.