Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatdı

21 İyul 2016 13:40 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 21-də Azərbaycan Respublikası Tərtər şəhərinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.