İstanbulda polislər arasında atışma

21 İyul 2016 14:24 (UTC+04:00)

AzNews.az
yerli KİV-lərə istinadən xəbər verir ki, haqqında saxlanma qərarı olan İstanbul Ticarət Universitetinin rektoru professor Nazim Ekrenin mühafizə polisi, onu saxlamağa gələn həmkarlarına atəş açıb. Hadisə yerinə polislərə dəstək üçün xüsusi təyinatlılar çağırılıb. Kimliyi açıqlanmayan mühafizə polisi xüsusi təyinatlılara təslim olub.

Hadisə zamanı ölən və ya yaralanan olmayıb.

Aydan AXUNDOVA