Qırmızı işıqda keçməyə görə cərimə 16 min dollara qatdırıla bilər

24 Noyabr 2012 18:03 (UTC+04:00)
Qarşı zolağa keçmək və işıqforun qırmızı işığına məhəl qoymayaraq hərəkəti davam etdirməyə görə cərimənin məbləği 16 min dollara qaldırıla bilər. Bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev deyib. Baş nazirin sözlərinə görə, cərimə Moskva və Sankt-Peterburq şəhərlərinə şamil ediləcək.

AzNews.az-ın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiyanın digər regionlarında isə bu məbləğ 8 min dollar təşkil edəcək.

"Sürücülərin sürət həddini aşmasına görə də inzibati məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur. Təklif son müzakirələrdən sonra qüvvəyə minəcək" – deyə Medvedev bildirib.

Medvedev Rusiya Federasiyasında baş verən yol-nəqliyyat hadisələrinə də toxunub. O, bildirib ki, 2011-ci il ərzində Rusiyada yol-nəqliyyat hadisələrində 28 min insan həlak olub. 2012-ci ildə isə həddi-buluğa çatmamış uşaqlar 14 min qəza törədib. Həmin qəzalar zamanı 655 uşaq və yeniyetmə həlak olub, 15 minə yaxın insan isə yaralanıb.

İnci
AzNews.az