“Dünyada ən ucuz qaz bizdədir” - Rövnəq Abdullayev

21 İyul 2016 18:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Rövnəq Abdullayev tədbirdə mavi yanacağın qiyməti ilə bağlı məqamlara aydınlıq gətirib.

O, dünyada ən ucuz qazın Azərbaycanda olduğunu bildirib: "Hələ ki, bu məsələlərə baxılmayıb. Amma deyə bilərəm ki, dünyada ən ucuz qaz bizdədir. İrandan da, Rusiyadan da qazın qiyməti aşağıdır. Bir az çətinlik yaradır, ancaq hələ ki, dözürük".