Hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları - 2016”da iştirak edəcək - FOTO

21 İyul 2016 22:09 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumatda bildirilir ki, yarışlar çərçivəsində təşkil ediləcək "Xəzər Kuboku - 2016" və "Tank biatlonu - 2016" müsabiqələrində Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Mahaçqala limanı yaxınlığında keçiriləcək "Xəzər Kuboku - 2016" beynəlxalq yarışında ölkəmizi təmsil edəcək Hərbi Dəniz Qüvvələrinin 2 gözətçi və 1 xilasedici yedək gəmisinin, eləcə də onların ekipajlarının iyulun 21-də təntənəli yola salınması mərasimi keçirilib.

"Xəzər Dənizi - 2016" yarışlarında iştirakla yanaşı hərbi dənizçilərimiz Mahaçqala şəhərində olduqları müddətdə digər ölkələrin gəmi ekipajları ilə qarşılıqlı görüşlər, ziyafətlər, mədəni-kütləvi və digər tədbirlər keçirəcəklər.