Cəbhədən xəbər var

22 İyul 2016 08:59 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında, həmçinin Göygöl və Goranboy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.