22 yaşlı şəxs bıçaqlandı - Bakıda

22 İyul 2016 09:04 (UTC+04:00)

"20 Yanvar" metro stansiyası yaxınlığında 22 yaşlı Qismət Soltanov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı özü xəstəxanaya taksi ilə gəlib. Müayinə zamanı həkimlər Qismət Soltanovun boğaz, sinə və ayaq nahiyələrində daxilə nüfuz etməyən 4 bıçaq xəsarətlərinin olmasını müəyyən ediblər. Qismət Soltanov onu vuran şəxsi tanıdığı lakin adını bilmədiyini deyib.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

APA.tv